Gəncədə mebel sexindəki yanğın söndürülüb, xəsarət alan yoxdur.Bu barədə Fövqəladə Hallar Nazirliyindən bildirilib.
Ü.Hacıbəyli küçəsindəki sexdə baş verən yanğın FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin Gəncə şəhər Yanğından Mühafizə İdarəsinin qüvvələrinin çevik müdaxiləsi sayəsində qısa müddətdə söndürülüb.
Yanğın nəticəsində ümumi sahəsi təxminən 500kv.m. olan mebel sexi ilkin hesablamaya əsasən 100kv.m. sahədə yanıb.
Sexin böyük hissəsi və yaxınlıqdakı tikililər yanğından mühafizə olunub.
20:20
Gəncədə sexdə yanğın baş verib, xəsarət alan var.
"Report"un məlumatına görə, hadisə Mirzə Şəfi Vazeh küçəsi, 61 ünvanında yerləşən sexlərin birində qeydə alınıb.
Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin Gəncə şəhər Dövlət Yanğından Mühafizə İdarəsinin canlı qüvvəsi cəlb olunub.
www.anews.az
Bizi sosial şəbəkələrdə izləyin !