Gəncə şəhərində narkobaron saxlanılıb.
Məlumata görə, Gəncə Şəhər Baş Polis İdarəsinin Cinayət Axtarışı İdarəsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinən Şəmkir rayonunun Dəllər qəsəbə sakini, 31 yaşlı Sənan Əliyev saxlanılaraq "Lada Priora” markalı avtomobili ilə birlikdə polis idarəsinə gətilib.
Əməliyyat tədbirlərinin davamı olaraq S.Əliyevin Gəncə şəhərində kirayə yaşadığı mənzilə baxış keçirilib və oradan 8 ədəd ayrı-ayrı sellofan bükümlərdə ümumi çəkisi 1 kiloqram 21 qram çəkidə qurudulmuş marixuana aşkar edilərək götürülüb. İlkin dindirilmə zamanı o, narkotik maddəni satış məqsədi ilə əldə etdiyini bildirib.
www.anews.az
Bizi sosial şəbəkələrdə izləyin !