Gəncədə sahibkar qadınlar üçün treninq keçirildi

23:59 | 10.11.2015
Gəncədə sahibkar qadınlar üçün treninq keçirildi

Gəncədə sahibkar qadınlar üçün treninq keçirildi

İqtisadiyyat və Sənaye Nazirliyinin Bakı Biznes Tədris Mərkəzi tərəfindən Bakı şəhərində və regionlarda yerli və xarici mütəxəssislərin iştirakı ilə sahibkarlar və sahibkarlıq fəaliyyətinə yeni başlayanlar üçün mütəmadi olaraq müxtəlif mövzularda treninqlər təşkil edilir.

ANN.Az xəbər verir ki, nazirliyin mətbuat xidmətindən verilən məlumata görə, növbəti treninq Bakı Biznes Tədris Mərkəzinin Gəncə nümayəndəliyinin və "Sahibkar Qadınlar” İctimai Birliyinin təşkilatçılığı ilə noyabrın 10-da gənc sahibkar qadınlar üçün Gəncədə keçirilib.

"Biznes ideyanı yarat”, "Öz biznesinə başla” və "İqtisadiyyat və Sənaye Nazirliyi tərəfindən göstərilən elektron xidmətlər” mövzularını əhatə edən treninqdə iştirakçılara biznes-ideyanın yaradılması, biznes-planların tərtib edilməsi, SWOT təhlilin aparılması və bu sahədə beynəlxalq təcrübə, innovativ texnologiyaların tətbiqi, yeni məhsul istehsalının və xidmətlərin göstərilməsinin təşkili, peşə hazırlığı səviyyəsinin yüksəldilməsi və s. barədə ətraflı məlumat verilib.

Bundan əlavə, İqtisadiyyat və Sənaye Nazirliyi tərəfindən göstərilən elektron xidmətlər barədə geniş məlumat treninq iştirakçılarının diqqətinə çatdırılıb.

Tədbir çərçivəsində mövzular üzrə təqdimatlar keçirilib, iştirakçılara Bakı Biznes Tədris Mərkəzi tərəfindən hazırlanmış metodiki vəsaitlər paylanıb, onları maraqlandıran suallar cavablandırılıb.


www.ann.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti