Gəncədə evlərdən və maşınlardan oğurluq edən şəxs saxlanılıb.
Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən APA-ya verilən məlumata görə, Nizami (Gəncə) Rayon Polis İdarəsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində rayon ərazisindəki 4 həyətyanı sahədən və 6 avtomobildən pul, su mühərriki, maqnitofon, yaddaş kartı və akkumulyator oğurlamaqda şübhəli bilinən Gəncə şəhər sakini, əvvəllər məhkum olunmuş T.Atakişiyev saxlanılıb.
www.anews.az
Bizi sosial şəbəkələrdə izləyin !