Gəncə şəhərində qıcolma keçirən şəxsin qohumları səhvən yanğınsöndürənləri çağırıblar, xəstə ölüb.
ANN.Az Report-a istinadən xəbər verir ki, şəhərin Məhsəti Gəncəvi qəsəbəsində yaşayan sakin qıcolma keçirib. Bu zaman onun yaxınları təcili yardım əvəzinə, səhvən Fövqəladə Hallar Nazirliyinin 101 qaynar xəttinə zəng vuraraq hadisə yerinə yanğınsöndürən maşın çağırıblar.
Nazirliyin Gəncə Şəhər Yanğından Mühafizə İdarəsindən verilən məlumata görə, çağrılış əsasında deyilən ünvana 4 yanğınsöndürən maşın göndərilib.
Daha sonra çağırışın səhvən olduğu məlum olub və hadisə yerinə təcili tibbi yardım çağrılıb. Təcili tibbi yardrım maşını hadisə yerinə gələnə qədər xəstə ölüb.
www.ann.az
Bizi sosial şəbəkələrdə izləyin !