Gəncədə yaşayış binasında yanğın - Yaralı var

09:38 | 05.12.2021
Gəncədə yaşayış binasında yanğın - Yaralı var

Gəncədə yaşayış binasında yanğın - Yaralı var

Gəncədə yaşayış binasında yanğın olub.
Anews.az-ın xəbərinə görə, hadisə Heydər Əliyev prospektindəki binaların birində baş verib.

Dərhal əraziyə FHN-in yanğınsöndürmə briqadası cəlb olunub. Alovun qonşu mənzillərə keçməsinin qarşısı alınıb.

Hadisə zamanı ev sahibi, 1962-ci il təvəllüdlü Şahin İbrahimov yanıq xəsarəti alıb.

Yanğının başvermə səbəbləri araşdırılır.
 

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM