Gəncənin şəhid polkovnikinin - FOTOLARI

00:36 | 11.07.2018
Gəncənin şəhid polkovnikinin - FOTOLARI

Gəncənin şəhid polkovnikinin - FOTOLARI

Xəbər verdiyimiz kimi, iyulun 10-da, saat 20 radələrində 150-200 nəfərdən ibarət radikal dini yönümlü bir qrup şəxs Gəncə şəhər İcra Hakimiyyətinin inzibati binasının önündə qansunsuz aksiya keçirməyə cəhd ediblər.

"Qafqazinfo” xəbər verir ki, asayişi təmin etmək üçün aksiyaçılara müdaxilə edən zaman Gəncə Şəhər Baş Polis İdarəsinin rəis müavini, polis polkovniki İlqar Balakişiyev və Nizami Rayon Polis İdarəsinin rəis müavini, polis polkovnik-leytenantı Səməd Abbasov radikal ünsürlərin kəsici-deşici alətlərlə yetirdikləri zərbələr nəticəsində şəhid olublar.

Fakt üzrə Baş Prokurorluqda Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.2.3, 120.2.7, 220.1, 221.3 və 228.4-cü maddələri ilə cinayət işi başlanılıb.

Hazırda cinayətkarların məsuliyyətə cəlb olunmaları məqsədilə əməliyyat-axtarış tədbirləri həyata keçirilir.
Sosial şəbəkədə və müxtəlif saytlarda şəhid polkovnik İlqar Balakişiyevin fotoları yayılıb. Həmin fotoları təqdim edirik:
 






www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb