Gənclər və İdman Nazirliyindən Mxitaryanın Bakıya gəlməsi ilə bağlı açıqlama

21:51 | 12.05.2019
Gənclər və İdman Nazirliyindən Mxitaryanın Bakıya gəlməsi ilə bağlı açıqlama

Gənclər və İdman Nazirliyindən Mxitaryanın Bakıya gəlməsi ilə bağlı açıqlama

Azərbaycanın Gənclər və İdman Nazirliyi "Arsenal”ın erməni futbolçusu Henrix Mxitaryanın mayın 29-da Avropa Liqasının finalı ilə əlaqədar təhlükəsizlik məsələsinə dair açıqlama verib.

Açıqlamada bunlar qeyd olunur:

"Henrix Mxitaryanın mayın 29-da Bakıda keçiriləcək UEFA Avropa Liqasının finalında iştirakla bağlı Azərbaycanın təhlükəsizlik təminatını verməməsi məsələsinə gəldikdə, bildirmək istərdik ki, bundan öncəki illərdə ölkəmizdə keçirilmiş ilk Avropa oyunları, Şahmat Olimpiadası və digər mühüm yarışların hər birində olduğu kimi dövlət iştirakçı ölkələrə təhlükəsizlik təminatı ilə bağlı məktub göndərib. Odur ki, deyilənlər heç bir reallığa sığmır”.

Qeyd edək ki, "Arsenal” klubu təhlükəsizlik təminatına dair məktub almadığını iddia edir.



www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb