• $
  • £

Nəşr edilən kitabların satışı online satışdan çoxdur - Açıqlama

Nəşr edilən kitabların satışı online satışdan çoxdur - Açıqlama
19.03.2024 16:18
Baş nazir Əli Əsədov dövrün tələblərinin dəyişdiyini, gənclərin kitabxana və kitablardan çox internet resurslarına üz tutduğunu söyləyib.
 
Bəs gənclərin kitablara marağının azalmasının səbəbi nədir?
 
Deputat Ceyhun Məmmədov hesab edir ki, bölgələrdə kitabxanaların fəaliyyətini gücləndirmək lazımdır.
 
"Sovet dövründə hətta ən kiçik kənddə belə kitabxana var idi. İnsanlar gedib o kitabxanalardan istifadə edirdilər. Bu mənada birinci kitabxana əlçatan olmalıdır. Hər bir gənc istənilən kitabı, istənilən kitabxanadan pulsuz götürüb oxuya bilməlidir. Bu gün heç də bütün gənclərin imkanı yoxdur ki, 10 manat verib hansısa nəşriyyatın kitabını alsın. Ona görə, kitabxanalar olmalı və bu kitabxanalar kitablarla təmin edilməlidir”, - o qeyd edib.
 
Deputatın sözlərinə görə, gəncləri kitaba cəlb etmək üçün davamlı maarifləndirmə tədbirləri aparılmalıdır.
 
"Heç bir gənc gedib birdən-birə kitab oxumayacaq. Onun üçün kitabın təbliğatı aparılmalıdır. Kitabı mədəniyyəti gənclərə aşılanmalıdır.  Nə qədər ki, bizim televiziya kitabları yox, şou proqramları təbliğ edir, gənclər də nə görürsə, onu götürür”, - Məmmədov bildirib.
 
Təhsil eksperti Elçin Əfəndi qeyd edir ki, tələbələrin internet resurslarına üz tutmasının səbəbi Azərbaycan dilində ədəbiyyatın çətin  tapılması ilə əlaqədardır.
 
"İndi tələbələrin böyük əksəriyyəti internet resursları üzərindən araşdırma aparırlar. Kitabxanalardan istifadə əvvəlki dövrlərlə müqayisədə çox azdır. Bunun da bir neçə səbəbi var. Hazırda biz informasiya texnologiyalarının inkişaf etdiyi bir əsrdə yaşayırıq və günü gündən də bu inkişaf edir.  Elektron resurslar kifayət qədər çoxdur. Təəssüf ki, bəzi hallarda tələbələrin internet resurslarından istifadə etməsinin səbəbi məhz öz dilimizdə olan vəsaitlərin, ədəbiyyatın tapılması çətinliyi ilə əlaqədardır. Tələbələr bu baxımdan məcburdurlar ki, ingilis, rus dillərində müvafiq ixtisaslarla bağlı internet üzərindən ədəbiyyatlar əldə etsinlər.  Elm və Təhsil Nazirliyinin tabeliyində olan qurum və agentliklər daha diqqətli olmalıdırlar. Onlar çalışmalıdır ki, bəzi vəsaitlər öz doğma dilimizdə tərcümə olunsun və yaxud öz doğma dilimizdə müəlliflər yeni vəsaitləri nəşr etdirsinlər. Belə olan halda kitabxanalara, kitablara maraq arta bilər. Nəticədə də internet resursundan yox kağız daşıyıcılardan istifadə edə bilərlər”. , Əfəndi bildirib.
 
"Qanun” Nəşrlər evinin rəhbəri Şahbaz Xuduoğlu hesab edir ki,  kitabın mövqeyi Azərbaycanda güclənsə də, əhali sayına nisbətdə zəifdir.
 
‘Ümumilikdə  kitab satışı azalmır. Azərbaycan kitabının mövqeyi Azərbaycanda güclənir. Amma əhalinin sayını nəzərə alsaq, mənzərə faciəlidir. Yəni, bizdə ən yaxşı satılan kitablar 2000-i aşmır. Bu böyük ölkələr üçün gülməli tirajlardır. Bunun səbəbi də odur ki, rayonlarda, yerlərdə kitab dükanları yoxdur. Kitabxanaların əksəriyyəti çürük, tökülmüş, dağılmış binlardı, həmçinin kitabxanalarda kitablar yoxdur. Yeni kitablar verilmir kitabxanalara, alınmır, alınırsa da az saydadır, kifayət qədər deyil. Kitaba xüsusi diqqət yoxdur. Ona görə də kitab belə vəziyyətdədir. Amma yeni gənclik kitab oxumalıdır, onlar kitabla inkişaf etməlidir, özlərini kitabla ifadə etməlidir. Kitab olmayandan sonra nə olacaq?",  -  Xuduoğlu bildirib.

Onun sözlərinə görə, Azərbaycanda kitab çağını dövlət stimullaşdırmalıdır. 

"Bizim nəsil natural kitab nəslidir. Nə qədər internet olsa da kitaba maraq  yenə də öz axarında davam edir. İnternet kitab oxunmasına mane  olmur.  Guya internet üzərindən kitab satılır ki? Belə götürəndə heç internet üzərindən də kitab satılmır. Kağız üzərində çap edilən kitabların satışı on line kitab satışından çoxdur”, - Xuduoğlu vurğulayıb.
 
Aytac Zeynalova
Aygün Mirakif
 
 
 
 
 
 
 
 

www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Şuşada 4-cü Qlobal Media Forumu keçiriləcək
Mədəniyyət 10:10
Şuşada 4-cü Qlobal Media Forumu keçiriləcək
BP Milli İncəsənət Muzeyində 5 zalı yeniləyib – 100-ə yaxın rəsm əsəri nümayiş olunacaq
Mədəniyyət 15:41
BP Milli İncəsənət Muzeyində 5 zalı yeniləyib – 100-ə yaxın rəsm əsəri nümayiş olunacaq
Hindistanın Bakıdakı Səfirliyi ilk dəfə “Böyük Hindistan Manqo Festivalı” təşkil edib
Mədəniyyət 15:11
Hindistanın Bakıdakı Səfirliyi ilk dəfə “Böyük Hindistan Manqo Festivalı” təşkil edib
Romantik və dəbdəbəli bal ayı üçün Türkiyənin ən özəl ünvanları
Mədəniyyət 15:28
Romantik və dəbdəbəli bal ayı üçün Türkiyənin ən özəl ünvanları
Mədəniyyət sahəsində qrant müsabiqələrinin keçirilməsi qaydası təsdiqlənib
Mədəniyyət 15:38
Mədəniyyət sahəsində qrant müsabiqələrinin keçirilməsi qaydası təsdiqlənib
Türkiyənin qədim şəhərlərində unudulmaz opera və balet gecələri
Mədəniyyət 15:33
Türkiyənin qədim şəhərlərində unudulmaz opera və balet gecələri
Azərbaycan nümayəndə heyəti Özbəkistana səfər edib
Mədəniyyət 18:06
Azərbaycan nümayəndə heyəti Özbəkistana səfər edib
Ankarada terrorla əlaqəli əməliyyatlarda 209 şübhəli saxlanılıb
Mədəniyyət 10:39
Ankarada terrorla əlaqəli əməliyyatlarda 209 şübhəli saxlanılıb
Türkiyə dayanıqlı turizmlə yeni səyahət mədəniyyəti formalaşdırır- FOTOLAR
Mədəniyyət 14:29
Türkiyə dayanıqlı turizmlə yeni səyahət mədəniyyəti formalaşdırır- FOTOLAR
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol