"Gənclik" stansiyasının bir giriş - çıxışı bağlanır

17:48 | 19.05.2015

"Gənclik" stansiyasının bir giriş - çıxışı bağlanır

"Gənclik" stansiyasının keçidlərində aparılan təmir işləri ilə əlaqədar 1 -ci vestibülün bir giriş-çıxışı 2 günlük - 20.05.2015-ci il tarixindən 22.05.2015-ci il tarixinə kimi müvəqqəti olaraq bağlanır.

ANN.Az xəbər verir ki, haqda məlumat "Bakı Metropoliteni” QSC-dən verilib.
 
Bildirilib ki, bağlanacaq giriş-çıxış sadəcə İdman Akademiyası, yeni tikilən ticarət mərkəzi tərəfdir. Digər 3 giriş-çıxış isə açıq olacaqdır.

www.ann.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM