• $ 1.7
  • € 1.9778
  • ₽ 0.021676
  • ₺ 0.0394
  • £ 2.282

General: "Azərbaycan ordusu qələbə qazanmağa qadirdir"

General:
08.07.2015 12:56
Ermənistanın işğalı altında olan Şuşa, Laçın, Zəngilan və Cəbrayıl rayonlarının hərbi çağırışçılarının əsgərliyə yola salınma mərasimi keçirilib.

"Report”un məlumatına görə, tədbirdə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rəis müavini, general-mayor Novruzəli Orucov, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədr müavini Gəray Fərhadov, Şuşa rayon İcra Hakimiyyətinin başçısı, "Dağlıq Qarabağ Bölgəsinin Azərbaycanlı İcması" İctimai Birliyinin rəhbəri Bayram Səfərov və hərbi çağırışçıların valideynləri iştirak ediblər.

SHÇDX-nin rəis müavini, general-mayor Novruzəli Orucov deyib ki, Azərbaycan ordusunda yüksək səviyyədə nizam-intizam var və düşmən üzərində qələbə qazanmağa qadirdir: "Yaxın zamanlarda bunun şahidi olacağıq".

Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədr müavini Gəray Fərhadov isə xatırladıb ki, Ermənistan Azərbaycana qarşı bir əsrdə 4 dəfə ərazi iddiası qaldırıb: "Sonuncu dəfə onlar Dağlıq Qarabağı işğal etdilər. Bunun nəticəsində xeyli insan ata-baba yurdundan didərgin düşdü. Biz düşmən Ermənistan dövlət ilə qonşuyuq. Ona görə də Azərbaycan ordusu ayıq-sayıq olmalıdır”.

O bildirib ki, Azərbaycanda orduya dövlət səviyyəsində diqqət yetirilir: "Valideynlər əmindirlər ki, Ali Baş komandan İlham Əliyevin rəhbərliyi ilə Dağlıq Qarabağ düşməndən azad ediləcək. Biz cəbhədə ölməyə deyil, öldürməyə hazır olmalıyıq”.

Dağlıq Qarabağ Bölgəsinin Azərbaycanlı İcması İctimai Birliyinin rəhbəri Bayram Səfərov vurğulayıb ki, Azərbaycan Silahlı Qüvvələri MBD dövlətləri arasında ən yaxşı ordudur: "Azərbaycan ordusu ayıq-sayıqdır, bundan sonra da belə olacağına əminik. Biz həm də əminik ki, Azərbaycan ordusu Dağlıq Qarabağı tezliklə işğaldan azad edəcək. Ordumuza bu mübarizə yolunda uğurlar arzulayırıq”.

www.ann.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Azərbaycan prezidentinin Türkiyəyə səfəri başlayıb
12:23
Azərbaycan prezidentinin Türkiyəyə səfəri başlayıb
​XİN: “ABŞ-ın özünü insan hüquqlarının “qlobal himayədarı” kimi qələmə verməsi istehza doğurur”
12:13
​XİN: “ABŞ-ın özünü insan hüquqlarının “qlobal himayədarı” kimi qələmə verməsi istehza doğurur”
İlham Əliyev iftar süfrəsində
12:07
İlham Əliyev iftar süfrəsində
Putin:
11:08
Putin: "Azərbaycan Şanxay Əməkdaşlıq Təşkilatına qoşulacaq"
İlham Əliyev: “Avropa Oyunları xalqımızın birliyinin nümayişinə çevrildi”
10:56
İlham Əliyev: “Avropa Oyunları xalqımızın birliyinin nümayişinə çevrildi”
Sarkisyan Azərbaycanı müharibə ilə hədələdi
10:39
Sarkisyan Azərbaycanı müharibə ilə hədələdi
Qubad İbadoğluna görə istefalar başladı - FOTO
10:27
Qubad İbadoğluna görə istefalar başladı - FOTO
Rusiya: Azərbaycan və Ermənistan arasındakı gərginlik həyəcanvericidir
09:43
Rusiya: Azərbaycan və Ermənistan arasındakı gərginlik həyəcanvericidir
Ordumuz erməni əsgərlərini belə məhv etdi - VİDEO
09:18
Ordumuz erməni əsgərlərini belə məhv etdi - VİDEO
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol