Birləşmiş Qərargah Rəisləri Komitəsinin rəhbərliyinə gətirilən general Cozef Danford ilk rəsmi səfərini İsrailə edib.
ANN.Az xarici ölkə mediasına istinadən xəbər verir ki, vəzifəsinin icrasına başlayan general Danford İsrailə səfəri zamanı baş nazir Binyamin Netanyahu ilə görüşüb.
Rəsmi informasiyalara görə, görüş zamanı İsrailin cənubunda hər iki ölkənin hərbi birləşmələrini iştirakı ilə keçiriləcək təlimlər haqqında danışılıb, eyni zamanda iki ölkənin strateji əməkdaşlığı müzakirə edilib.
İsrail mediasının yazdığına görə, ABŞ-ın İsrailə olan hərbi yardımları Danfordun ziyarətindən sonra daha da artıb.
www.ann.az
Bizi sosial şəbəkələrdə izləyin !