Elçin Quliyev onun rütbəsini artırdı

12:24 | 23.08.2019
Azərbaycanın sərbəst güləş üzrə millisinin üzvü, eyni zamanda Sərhəd Qoşunlarının zabiti olan Hacı Əliyevə növbəti hərbi rütbə verilib.


O, Dövlət Sərhəd Xidmətinin rəisi general-polkovnik Elçin Quliyevin əmri ilə baş leytenant rütbəsinə layiq görülüb.


Bunadək leytenant rütbəsini daşıyan 28 yaşlı üçqat dünya və Avropa çempionu olan güləşçimizə növbəti rütbəsi vaxtından əvvəl verilib.(qafqazinfo)

www.anews.az