General: İŞİD-in ərazi iddiaları Azərbaycana da toxunur

14:39 | 30.07.2015
General: İŞİD-in ərazi iddiaları Azərbaycana da toxunur

General: İŞİD-in ərazi iddiaları Azərbaycana da toxunur

MDB terror əleyhinə mərkəzi bir sıra təşəbbüslər irəli sürüb.

Birliyin iştirakçı ölkələrinin xüsusi xidmətlərinin İŞİD-in nüfuzunun genişlənməsinə qarşı tədbirləri hər şeydən öncə internetdə informasiya qarşıdurması ilə əlaqələndirilir.

Oxu.Az xəbər verir ki, bu barədə MDB terror əleyhinə mərkəzin rəhbəri polis general-polkovniki Andrey Novikov bəyan edib.

MDB terror əleyhinə mərkəzi Birlik ölkələri üçün beynəlxalq terror təşkilatları və hər şeydən öncə İŞİD tərəfindən getdikcə artan təhlükəyə qarşı durmaq üçün bir sıra təşəbbüslər irəli sürüb.

"İŞİD-in ərazi iddiaları Azərbaycana, Ermənistana, Qazaxıstana, Qırğızıstana, Özbəkistana, eləcə də Cənubi, Şimali Qafqaz və Krım federal əyalətlərinə daxil olan Rusiya Federasiyası subyektlərinə də toxunur”, - rusiyalı general bildirib.

Novikov xaricdə beynəlxalq terror təşkilatlarının fəaliyyətində iştirak üçün cinayət məsuliyyətinin müəyyən edilməsinin də öz səmərəliliyini göstərdiyini qeyd edib.

www.ann.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM