General koronavirusla bağlı Biləsuvara getdi

16:21 | 24.02.2020
General koronavirusla bağlı Biləsuvara getdi

General koronavirusla bağlı Biləsuvara getdi

Dövlət Sərhəd Xidmətinin (DSX) rəisi, general-polkovnik Elçin Quliyev koronavirusla bağlı Biləsuvar sərhəd-keçid məntəqəsinə baş çəkib.

Bu barədə "Report"un əraziyə ezam olunan əməkdaşı məlumat verib.

E.Quliyev deyib ki, hazırda təhlükəsizlik tədbirləri davam etdirilir: "Azərbaycan ərazisində koronavirus halı müşahidə olunmayıb, bu səbəbdən həyacana və panikaya əsas yoxdur. Hazırda təhlükəsizlik tədbirləri davam etdirilir. Hər şey nəzarət altındadır".

DSX rəisi daha sonra Astara sərhəd-keçid məntəqəsinə yollanıb.
"Report"un əməkdaşı bildirir ki, İranda yaranmış vəziyyətlə bağlı Azərbaycan profilaktik tədbirlərini həyata keçirir.
 
Bu tədbirlərin davamı olaraq Biləsuvar və Astara gömrük-keçid məntəqələrində profilaktika işləri aparılır. İnsanların İrandan Azərbaycana gətirdiyi ərzaq məhsullar 3 gün ərzində xüsusi laboratoriyadan keçirdikdən sonra vətəndaşlara qaytarılacaq.

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb