• $ 1.7
  • € 1.978
  • ₽ 0.021091
  • ₺ 0.0416
  • £ 2.2908

General-mayor Məhəmməd Abbasquliyev II Fəxri xiyabanda dəfn olundu

General-mayor Məhəmməd Abbasquliyev II Fəxri xiyabanda dəfn olundu
23.11.2013 15:10

Elçin Quliyev: «General Abbasquliyev «Hər şey vətən üçün» deyən və canını Vətənə fəda etməyə hazır zabitlərimizdən idi”

Ötən gün dünyasını dəyişmiş Azərbaycan Dövlət Sərhəd Xidmətinin (DSX) rəis müavini, general-mayor Məhəmməd Abbasquliyev bu gün II Fəxri xiyabanda dəfn olunub.

 

Generalın dəfn mərasimində DSX rəisi, general-leytenant Elçin Quliyev, Azərbaycan prezidentinin təhlükəsizlik və müdafiə məsələləri üzrə köməkçisi, general-leytenant Vahid Əliyev, Səfərbərlik və Hərbi Çağırış üzrə Dövlət Xidmətinin (SHÇDX) rəisi, general-leytenant Arzu Rəhimov, Hərbi Hava Qüvvələrinin komandanı, general-mayor Ramiz Tahirov, Türkiyənin Azərbaycandakı hərbi attaşesi, general-mayor Hasan Nevzat Taşdələr, DSX, SHÇDX və digər hərbi qurumların şəxsi heyəti iştirak edib.

 

Hərbi qaydalara uyğun təşkil olunmuş mərasimdə DSX rəisi E. Quliyev M. Abbasquliyevin tabutu üzərinə çəkilmiş Azərbaycan bayrağını onun oğluna verib. Dəfndən sonra Azərbaycanın dövlət himni səsləndirilib, yaylım atəşi açılıb.

 

Mərasimdə çıxış edən DSX rəisinin müavini, general-mayor Asif Cəbrayılov M. Abbasquliyevin Sərhəd Mühafizəsinin inkişafındakı rolundan danışıb. Onun DSX şəxsi heyətinin xatirində vətənpərvər zabit, gözəl insan kimi qaldığını bildirib.

 

DSX rəisi, general-leytenant Elçin Quliyev isə çıxışında qeyd edib ki, M. Abbasquliyevin timsalında Azərbaycan Sərhəd Mühafizəsi peşəkar, vətənpərvər zabitini itirib: «General Məhəmməd Abbasquliyev «Hər şey vətən üçün» deyən və canını bu Vətənə fəda etməyə hazır zabitlərimizdən idi. O, DSX-də həyata keçirilən quruculuq işlərində mühüm rol oynayıb. Onun xatirəsi hər zaman yaşayacaq».

 

Prezidentin təhlükəsizlik və müdafiə məsələləri üzrə köməkçisi, general-leytenant Vahid Əliyev isə M. Abbasquliyevlə Naxçıvanda bir yerdə çalışdıqlarını deyib. O, mərhumun hər zaman öz peşəsinə məsuliyyətlə yanaşdığını, dövlətinə, millətinə, Ali Baş Komandana sadiq zabit olduğunu bildirib.

 

V. Əliyev Azərbaycan prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin də başsağlığını çatdırıb. 

APA

Oxşar xəbərlər
Oxşar xəbərlər
Ağcabədidə yanacaqdoldurma məntəqəsində yanğın baş verib,yaralılar var
Cəmiyyət 22:55
Ağcabədidə yanacaqdoldurma məntəqəsində yanğın baş verib,yaralılar var
Ağdərədə başlayan yanğın Ağdam ərazisinə keçib - Video
Cəmiyyət 21:54
Ağdərədə başlayan yanğın Ağdam ərazisinə keçib - Video
Ermənistan ordusunun hücumları nəticəsində zərər çəkmiş şəxslər məhkəmədə ifadə verib
Cəmiyyət 21:14
Ermənistan ordusunun hücumları nəticəsində zərər çəkmiş şəxslər məhkəmədə ifadə verib
Bu yolda sürət həddi endirildi
Cəmiyyət 20:45
Bu yolda sürət həddi endirildi
Kəlbəcərdə su elektrik stansiyalarının açılışı olub - Yenilənib
Cəmiyyət 20:11
Kəlbəcərdə su elektrik stansiyalarının açılışı olub - Yenilənib
Cəlilabadda yanğın törədən şəxs məsuliyyətə cəlb edilib
Cəmiyyət 19:53
Cəlilabadda yanğın törədən şəxs məsuliyyətə cəlb edilib
Viləşçay su anbarında batan 67 yaşlı kişinin meyiti tapılıb
Cəmiyyət 19:38
Viləşçay su anbarında batan 67 yaşlı kişinin meyiti tapılıb
Peşə təhsili müəssisələrinə müəllimlərin işə qəbulu üzrə vakansiya seçiminə start verilib
Cəmiyyət 19:35
Peşə təhsili müəssisələrinə müəllimlərin işə qəbulu üzrə vakansiya seçiminə start verilib
MİQ-in müsahibə mərhələsinin ikinci gününə 986 nəfər dəvət olunub
Cəmiyyət 18:58
MİQ-in müsahibə mərhələsinin ikinci gününə 986 nəfər dəvət olunub
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol