General-mayor polisə çağırıldı

14:53 | 27.05.2014
General-mayor polisə çağırıldı

General-mayor polisə çağırıldı

Bu gün Azərbaycan Silahlı Qüvvələrinin Baş İnspeksiyasının sabiq rəisi, general-mayor Məmməd Beydullayev polis idarəsinə çağırılıb.Bu barədə Publika.az-a məlumat daxil olub.Hələlik M.Beydullayevin polisə nə üçün çağırılması barədə məlumat yoxdur.Sözügedən məsələ ilə əlaqədar Publika.az-ın əməkdaşı M.Beydullayevlə telefon əlaqəsi saxlayıb.General telefon zənginə “hazırda polisdəyəm”, - deyə cavab verib və daha sonra telefonu söndürüb.Xatırladaq ki, 2013-cü il oktyabrın 24-də nazir Zakir Həsənovun əmri ilə Müdafiə Nazirliyinin Baş İnspeksiya İdarəsinin rəisi, general-mayor Məmməd Beydullayev vəzifəsindən azad edilib.Onun yerinə isə Azərbaycanın Milli Qəhrəmanı, polkovnik Fəxrəddin Cəbrayılov təyin olunub.ANN.Az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM