• $ 1.7
  • € 1.9343
  • ₽ 0.021262
  • ₺ 0.0436
  • £ 2.3044

General oğlu sirr açdı: Xaliq Faiqoğlu polkovnik öldürüb

General oğlu sirr açdı: Xaliq Faiqoğlu polkovnik öldürüb
17.07.2017 10:42
General Novruzəli Orucovun oğlu Rüstəmin təqib, sonradan vurub xəstəxanalıq etdiyi sürücü "Xaliq Faiqoğlu” MMC-nin 85 saylı marşrutunda çalışıb.

MMC sahibinin oğlu da general övladından geri qalmır.

"anews.a" Ulus.az-a istinadən xəbər verir ki, "Xaliq Faiqoğlu” MMC-nin faktiki sahibi Faiq Seyidovun oğlu Xaliq Seyidov 2014-cü ildə ağır qəza törədib.

Yerli KİV-də "Xaliq Faiqoğlu” şirkətinin rəhbəri Faiq Seyidovun oğlu Xaliqin 2014-cü ildə ağır yol qəzası törədərək adam öldürməsi və məsuliyyətdən yayınması ilə bağlı məlumatlar yayılıb.

Sözügedən hadisə 2014-cü ildə "Memar Əcəmi” metro stansiyasının yaxınlığında baş verib. Belə ki, həmin ilin mayın 18-də Nəsimi rayonu, "3-cü mikrorayon dairəsi” kimi tanınan ərazidə 10-LU-090 dövlət nömrə nişanlı "Mercedes GL” markalı avtomobillə Müdafiə Nazirliyinin zabiti polkovnik-leytenant Eldar Vəli oğlu Məmmədovu vurub. E.Məmmədov aldığı xəsarətlərdən xəstəxanada dünyasını dəyişib.

E.Məmmədov 2005-ci ilin oktyabr ayından etibarən Müdafiə Nazirliyinin Əməliyyat Baş İdarəsində baş zabit vəzifəsində polkovnik-leytenant olaraq işləyirdi.

İş üzrə araşdırma Nəsimi rayon Polis İdarəsinin istintaq şöbəsi tərəfindən aparılıb. Lakin məlum olmayan səbəblərdən, biznesmenin oğlu barəsində heç bir ölçü götürülməyib.

Maraqlısı odur ki, bir neçə gün əvvəl vəzifəsindən azad edilən general Novruzəli Orucovun oğlu Rüstəm Orucovun döydüyü avtobusun sürücüsü 1981-ci il təvəllüdlü Sənan Səmədov "Xaliq Faiqoğlu” şirkətinin işçisidir.

Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti rəisinin həqiqi hərbi xidmətə çağırış üzrə müavini, Həqiqi hərbi xidmətə çağırış Baş İdarəsinin rəisi Novruzəli Orucov bu hadisədən sonra vəzifəsindən azad olunub.

Bundan əlavə, Faiq Seyidovun adı həmçinin "Safastore” mağazasının qarşısında "Riyad” mühafizə xidməti əməkdaşları ilə qarşıdurmada hallanıb. Belə ki, həmin hadisələrdən sonra iş adamı Azadxan Xanməmmədov həbs edilib.

Sahibkarın oğlu kübar həyat tərzi keçirməyi xoşlayır. Sitat: "Xaliq Seyidov atasının vergidən yayındırdığı vəsaitlər hesabına özünə bir neçə bahalı avtomobil alıb.

Məsələn, iş adamının oğlunun sərəncamında Az 10 LU 090 dövlət nömrə nişanlı ”Mercedes GL”, Az 10 OF 090 dövlət nömrə nişanlı "Range Rover” və digər avtomobillər var”.

www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Bəylik kəndinə 41 ailə yola salınıb
Cəmiyyət 08:58
Bəylik kəndinə 41 ailə yola salınıb
Bəzi yollarda tıxac var - Siyahı
Cəmiyyət 08:55
Bəzi yollarda tıxac var - Siyahı
Araz Musayevə hücumda dörd nəfər iştirak edib – Türkiyə mediası
Cəmiyyət 08:23
Araz Musayevə hücumda dörd nəfər iştirak edib – Türkiyə mediası
Araz Musayev Türkiyədə bıçaqlanıb - Video
Cəmiyyət 18:03
Araz Musayev Türkiyədə bıçaqlanıb - Video
Şəkidə 5 otaqlı ev yanıb
Cəmiyyət 16:53
Şəkidə 5 otaqlı ev yanıb
Laçında 28 May - Müstəqillik Gününə həsr olunmuş konsert keçirilir
Cəmiyyət 16:43
Laçında 28 May - Müstəqillik Gününə həsr olunmuş konsert keçirilir
Sumqayıtda evdə doğulan körpə ölüb
Cəmiyyət 14:56
Sumqayıtda evdə doğulan körpə ölüb
Neftçalada ev yanıb, ölən və xəsarət alan var - Yenilənib
Cəmiyyət 14:37
Neftçalada ev yanıb, ölən və xəsarət alan var - Yenilənib
Lənkəranda marketdə partlayış baş verib,xəsarət alan var
Cəmiyyət 13:25
Lənkəranda marketdə partlayış baş verib,xəsarət alan var
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol