General Rövşən Əkbərova vəzifə verildi

23:28 | 24.10.2013
General Rövşən Əkbərova vəzifə verildi

General Rövşən Əkbərova vəzifə verildi

Yeni müdafiə naziri Zakir Həsənovun kadr dəyişikliyi davam edir."Qafqazinfo”nun əldə etdiyi məlumata görə, müdafiə nazirinin müavini və Azərbaycan Hərbi Hava Qüvvələrinin komandanı vəzifəsindən azad olunan  Altay Mehdiyevin yeni vəzifəsi məlum olub. O, Şəmkir hərbi birləşməsinin komandiri general-leytenant Rövşən Əkbərovu əvəzləyəcək.General-leytenant Rövşən Əkbərov isə yeni müdafiə nazirinin köhnə postunda xidmət edəcək. O, Daxili Qoşunların komandanı vəzifəsinə təyin olunub.Qeyd edək ki, dünən də yerli mediada Rövşən Əkbərovun təyinatı ilə bağlı məlumat yayılmışdı. O, sözügedən informasiyanı nə təsdiq, nə də təkzib edib: "Mənə dedilər ki, kimsə belə bir məlumat yayıb. Mənim heç nədən xəbərim yoxdur. Yeni nazirin təqdimat mərasimində iştirak etmək üçün Bakıya gəlmişəm. İndi də Şəmkirə - iş yerimə qayıdıram”.ANN.Az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM