Generalın bacısı oğlu həbs olundu

20:05 | 04.11.2017
Generalın bacısı oğlu həbs olundu

Generalın bacısı oğlu həbs olundu

Bakı Şəhər Baş Polis İdarəsinin (BŞPİ) rəis müavini, general-mayor Həsən Şirinovun bacısı oğlu Cahangir Əliyev məhkəmə qərarını icra etmədiyinə görə barəsində 20 günlük həbs qərarı verilib.
Turkustan.info xəbər verir ki, bu barədə "AzPolitika”ya Xətai Rayon Məhkəməsindəki mənbələrdən məlumat daxil olub.

Cahangir Əliyev Bakı şəhər Dövlət Yol Polisi İdarəsinin (BDYP) Müşayət-Eskort Bölüyünün keçmiş əməkdaşıdır. O, sahibkarlıqla məşğul olan vətəndaşın 170 min manatını ələ keçirib qaytarmadığına görə sonuncunun şikayəti əsasında polis orqanlarından uzaqlaşdırılıb.

Maraqlıdır ki, hazırda İcra Şöbələrində general Həsən Şirinovun daha bir neçə yaxınının – digər bacısı oğlu Ələmşah Cəfərovun, qardaşı Aslan Şirinovun və başqa yaxınlarının icra etmədikləri bir neçə məhkəmə qətnamələri var. Onlar saxta sənədlər əsasında ələ keçirdikləri torpaqları satıb, pulunu mənimsədikləri onlarla vətəndaşın – o cümlədən Fərzəliyev Vahid Qüdrət oğlu, Məmmədov Namiq Valeh oğlu, Məmmədov Xəqani Məmməd oğlu və İbrahimova Şəbnəm Eldar qızının külli miqdarda vəsaitini geri qaytarmaq barədə məhkəmə qərarlarını icra etmirlər. Lakin məhkəmə icraçıları hansısa səbəbdən, istisna deyil ki, cavabdehlər məhz general Həsən Şirinovun yaxınları olduqlarına görə vətəndaşlara dəymiş ziyanı ödətdirmirlər.

Qeyd edək ki, sözügedən vətəndaşlar Bakının Nizami və Xətai rayon İcra Şöbələrinin əməkdaşlarının fəaliyyətsizliyindən yuxarı instansiyalara – Prezident İlham Əliyevə, ədliyyə naziri Fikrət Məmmədova və digər vəzifəli şəxslərə şikayətlər ünvanlayıblar.



www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti