Generalın qızının meyiti aşkarlandı - Ermənistanda

23:48 | 11.04.2021
Generalın qızının meyiti aşkarlandı - Ermənistanda

Generalın qızının meyiti aşkarlandı - Ermənistanda

Ermənstanın paytaxtı Yerevanda Rusiyanın Federal Təhlükəsizlik Xidmətinin general-leytenantının qızının meyiti aşkarlanıb.

Anews.az xəbər verir ki, bu gün saat 17:40-da paytaxtın Kanaker-Zeytun rayonunun polis bölməsinə David Anaxt küçəsindəki evlərdən birinin eyvanında qadın meyitinin aşkarlanması barədə məlumat daxil olub.

Hadisə yerinə şöbə rəisinin rəhbərliyi ilə Kanaker-Zeytun polisinin bölməsinin operativ qrupu, həmçinin Ermənistanın İstintaq Komitəsinin Yerevan İstintaq İdarəsinin Kanaker-Zeytun rayonunun İstintaq Bölməsinin istintaq qrupu cəlb edilib.

Polislər mənzilin eyvanında 40 yaşlı qadının meyitini aşkarlayıblar. Onun adı və soyadı açıqlanmır. Meyitin yanında tapança da aşkar edilib.

Jurnalist Qaqik Şamşyan bildirib ki, meyiti aşkarlanan qadının atası Rusiya Federasiyasının Federal Təhlükəsizlik Xidmətinin general-leytenantıdır.

Qeyd edilir ki, tapança onun atasına məxsus olub və hədiyyə imiş. Qadının ölümünün intihar və ya bədbəxt hadisə olması ekspertizadan sonra müəyyənləşdiriləcək.

Report
www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM