General Məhərrəm Əliyevin yaxın qohumunun iştirakı ilə baş vermiş silahlı insident qız üstündə olub. Gənclər zərif cins nümayəndələrinə özlərini göstərmək məqsədilə odlu silahdan istifadə edib.
Münaqişəyə məhz "erkəklərin dişi uğrunda döyüşü” səbəb olub.
27 yaşlı Əzizov İsa Nadir oğlu və 26 yaşlı Binnətəliyev Samir Teyyub oğlu odlu silahdan atəş açaraq, ictimai asayişi pozub. Hadisə yerinə gələn polis əməkdaşları Əzizovu və Binnətəliyevi tələblərə əməl etməyə çağırıb. Tabe olmaq əvəzinə generalın qohumu asayiş keşikçilərinə bıçaqla müqavimət göstərib.
Saxlanılan şəxslər barəsində CM-nin 221 (xuliqanlıq), 228 (qanunsuz silah daşıma) və 315 (hakimiyyət nümayəndəsinə müqavimət göstərmə) maddələri ilə cinayət işi açılıb.
Yayılan şayiələrə görə, İ.Əzizov və digər insident iştirakçıları şəhəri tərk etməmə barədə iltizamnamənin alınmasından sonra sərbəst buraxılıb.
Xatırladaq ki, bundan əvvəl (2016-cı ilin yanvar ayında ) İ.Əzizov və dostları yanacaqdoldurma məntəqəsinin mühafizəçisini döydüklərinə görə, 30 gün müddətinə inzibati qaydada həbs olunmuşdu. Deyilənə görə, bu dəfə də o, yüngülvari tənbehlə canını qurtaracaq.
www.anews.az
Bizi sosial şəbəkələrdə izləyin !