• $ 1.7
  • € 1.9944
  • ₽ 0.021616
  • ₺ 0.0426
  • £ 2.334

Generalın qohumu bıçaqla polisə müqavimət göstərib, onun barəsində cinayət işi açılıb

Generalın qohumu bıçaqla polisə müqavimət göstərib, onun barəsində cinayət işi açılıb
15.05.2019 15:56

Bakıda kütləvi dava edən gənclər polisə bıçaqla müqavimət göstərib.

"Report” xəbər verir ki, hadisə mayın 13-də axşam saatlarında Nərimanov rayonu, Aşıq Molla küçəsində qeydə alınıb.

Məlumata görə, Bakı sakinləri Əzizov İsa Nadir oğlu və Binnətəliyev Samir Teyyub oğlu onlarla birlikdə olan digər şəxslərlə bir-birilərinə xəsarət yetiriblər. Hadisə zamanı onlardan biri əlindəki "Vinçester” markalı silahdan atəş açıb.

İ.Əzizov, S.Binnətəliyev, həmçinin Rəcəb Həmidov, Telman Balayev və Valid Məmmədli tutulub. Daha bir neçə nəfərin axtarıldığı bildirilir.

İ.Əzizov tutularkən polis əməkdaşlarına bıçaqla müqavimət göstərib.

Hadisə zamanı kütləvi davanın iştirakçılarından "Vinçester” markalı tüfəng, iki ədəd beşbarmaq, bıçaq və tapança darağı götürülüb.

Faktla əlaqədar Cinayət Məcəlləsinin 221 (Xuliqanlıq), 228 (Qanunsuz olaraq odlu silah, onun komplekt hissələrini, döyüş sursatı, partlayıcı maddələr və qurğular əldə etmə, başqasına vermə, satma, saxlama, daşıma və gəzdirmə) və 315-ci (Hakimiyyət nümayəndəsinə qarşı müqavimət göstərmə və ya zor tətbiq etmə) maddələrlə cinayət işi açılıb.

Qeyd edək ki, hadisənin iştirakçılarından olan İ.Əzizov Ədliyyə nazirinin müavini general-leytenant Məhərrəm Əliyevin və deputat Adil Əliyevin qohumudur.


www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Sabah pensiyalar artımla birgə veriləcək
Cəmiyyət 14:49
Sabah pensiyalar artımla birgə veriləcək
Elektron siqaretlər təhlükəlidir! - Birgə məlumat
Cəmiyyət 13:37
Elektron siqaretlər təhlükəlidir! - Birgə məlumat
Əfv Komissiyasının iclasları başlayır - Yenilənib
Cəmiyyət 12:21
Əfv Komissiyasının iclasları başlayır - Yenilənib
Hərbi hissələrdə görüşə müvəqqəti məhdudiyyət qoyulub
Cəmiyyət 09:49
Hərbi hissələrdə görüşə müvəqqəti məhdudiyyət qoyulub
Prezident və xanımı yeni yaradılan parkın açılışında iştirak edib
Cəmiyyət 20:12
Prezident və xanımı yeni yaradılan parkın açılışında iştirak edib
Qarabağ Universitetinin klinikası yaradılıb - Fərman
Cəmiyyət 13:19
Qarabağ Universitetinin klinikası yaradılıb - Fərman
Cəmiyyət 10:13
"Ali təhsil haqqında" qanun hazırda müzakirə predmeti deyil - Nazir
Qarabağ universitetində tibb fakültəsi yaradılacaq -  nazir
Cəmiyyət 15:41
Qarabağ universitetində tibb fakültəsi yaradılacaq - nazir
Bu il ilk dəfə hansı fənn müəllimləri imtahan verəcək? - Siyahı
Cəmiyyət 15:17
Bu il ilk dəfə hansı fənn müəllimləri imtahan verəcək? - Siyahı
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol