Bu gün Dövlət Bayraq Meydanından start götürən "28 MAY - Respublika günü”nə həsr olunmuş yürüş keçirilib.
"Qafqazinfo”nun verdiyi xəbərə görə, yürüşdə Dövlət Təhlükəsizlik Xidmətinin rəisi, general Mədət Quliyev, Dövlət Sərhəd Xidmətinin rəisi, general Elçin Quliyev və media nümayəndələri iştirak edib.
Yürüşdən öncə DTX-nın ictimaiyyətlə Əlaqələr Şöbəsinin rəhbəri Arif Babayev çıxış edib. Daha sonra tədbir konsert proqramı ilə davam etdirilib, xalq artisti Aygün Kazımova ifa edib.
Yürüş DTX və Gənclər və İdman Nazirliyinin birgə təşkilatçılığı ilə baş tutub. Qət edilən məsafə isə 5 km təşkil edir.
www.anews.az
Bizi sosial şəbəkələrdə izləyin !