Rusiya kommunistlərinin lideri Gennadi Zyuqanov Türkiyə ilə diplomatik əlaqələrin kəsilməsinin əleyhinə olduğunu bəyan edib.
APA-nın Moskva müxbirinin verdiyi məlumata görə, G. Zyuqanov Su-24 qırıcının vurulmasından sonra Rusiyanın Türkiyə ilə diplomatik əlaqələrin kəsilməsində məna görmədiyini bildirib.
"Fikrimcə, indiki şəraitdə iki ölkə arasında danışıqlar yaxşı nəticə verə bilər", - deyə o qeyd edib.
G. Zyuqanovun sözlərinə görə, bəzi kommunistlərin Türkiyə ilə diplomatik əlaqələrin kəsilməsi ilə bağlı təkliflərini partiyanın mövqeyi kimi qəbul etmək düzgün deyil".
www.ann.az
Bizi sosial şəbəkələrdə izləyin !