Georgi Marqvelaşvili: "Avropa Gürcüstanı itirməyəcək"

15:37 | 04.12.2013
Georgi Marqvelaşvili: "Avropa Gürcüstanı itirməyəcək"

Georgi Marqvelaşvili: "Avropa Gürcüstanı itirməyəcək"

"Avropa Gürcüstanı itirməyə cəhd göstərməyəcək. Avrointeqrasiya Gürcüstanın seçimidir və həlledici qərarı bizim özümüz verə bilərik”. ANS PRESS-in gürcü mediasına istinadən verdiyi xəbərə görə, bunu Gürcüstanın yeni prezidenti Georgi Marqvelaşvili “Rustavi 2” telekanalına müsahibəsi zamanı deyib.Onun sözlərinə görə, Avropa Birliyi hazırda Gürcüstana böyük diqqət yetirir: “İndi onların bizim ölkəyə daha çox diqqət ayırmaq üçün maraqları olacaq. Müsbət mənada yaxşı gözləntilərimiz isə 2014-cü ilə təsadüf edəcək. Məhz həmin il Gürcüstanla bu qurum arasında reallaşacaq aktiv tərəfdaşlıq ili kimi yadda qalmalıdır”.Gürcüstanın ölkə başçısı daha sonra vurğulayıb ki, Avropa liderlərini Tiflisə işgüzar səfərlərə dəvət etmişik və bizim nümayəndələrimizin də Avropaya səfərləri nəzərdə tutulub.“Cari ildə isə belə qarşılıqlı görüşlərin sayı 12-yə çatıb. Vilnüs sammitində Fransa prezidenti Fransua Ollandla, cənab Barrozu, Rompeylə söhbətlərimiz oldu. Litva prezidentini Gürcüstana rəsmi səfərə dəvət etdik. Növbəti ilin yanvarında mən bir prezident kimi Avropaya gedəcəyəm”, - deyə Georgi Marqvelaşvili bildirib. ANN.Az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM