“Gəzən kitabxana”da 10 min elektron kitab toplandı

14:35 | 23.12.2013
“Gəzən kitabxana”da 10 min elektron kitab toplandı

“Gəzən kitabxana”da 10 min elektron kitab toplandı

Gənclər və İdman Nazirliyinin dəstəyi ilə Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqı (ATGTİ) tərəfindən həyata keçirilən "Gəzən kitabxana" layihəsi çərçivəsində üstüörtülü, xüsusi yük maşınında səyyar fəaliyyət göstərən kitabxanada 5 min adi və 10 min elektron kitab toplanıb. Kitabxana bir neçə noutbuk, geniş ekranlı televizor, generator, kondisioner sistemi və digər texniki vasitələrlə təchiz edilib.

 

ATGTİ-dən bildirilib ki, əsas məqsədi ölkəmizin paytaxt və regionlarında gənclərin kitaba və elektron qiraətə marağını artırmaq olan layihənin 1 il müddətində davam etdirilməsi nəzərdə tutulub. Kitabxanada müxtəlif yazıçı və şairlərin, elm və dövlət xadimlərinin, jurnalistlərin, siyasi icmalçıların bədii ədəbiyyat, tarix, elm və texnika, təhsil, mədəniyyət, idman, siyasət, iqtisadiyyat, uşaq ədəbiyyatı və digər mövzularda əsərləri oxucuların ixtiyarına təqdim edilib. Təhsil bölməsində isə uşaqlar, şagirdlər, orta ixtisas və ali məktəblərin tələbələri üçün dərsliklər və test imtahanlarına aid kitablar da var.

 

"Gəzən kitabxana" layihəsinə əsasən, səyyar kitabxana Azərbaycanın bütün rayonlarını gəzəcək, sonda isə Bakıya qayıdacaq. İndiyə qədər "Gəzən kitabxana" Quba, Tovuz, Qazax,  Lənkəran, Astara, Cəlilabad, Sabirabad, Gəncə, Mingəçevir, Göyçay, Şamaxıda olub. Dekabr ayının ilk 10 günü ərzində isə Bərdədə olan "Gəzən kitabxana" rayonun gəncləri və sakinləri tərəfindən böyük maraqla qarşılanıb.

ictnews.az

0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti