Gəzməyə çıxan koronavirus xəstəsi saxlanıldı

23:49 | 28.01.2022
Gəzməyə çıxan koronavirus xəstəsi saxlanıldı

Gəzməyə çıxan koronavirus xəstəsi saxlanıldı

Oğuzda yaşayış yerini tərk edən koronavirus xəstəsi saxlanılıb.

DİN-dən Anews.az-a verilən məlumata görə, Baş Daşağıl kənd sakini Əfqan Rəsulovun COVID-19 testinin nəticəsi pozitiv olduğu üçün o, ev şəraitində müalicəyə cəlb edilib.

Buna baxmayaraq, həmin şəxs polis əməkdaşları tərəfindən kənd ərazisində gəzərkən aşkarlanıb. Onunla izahedici söhbətlər aparılıb, tibbi prosedurlar da gözlənilməklə yaşadığı ünvana geri qaytarılıb və bu barədə müvafiq səhiyyə qurumları məlumatlandırılıb.
Ə.Rəsulov barəsində polis şöbəsində araşdırma aparılır.

 

 
 

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti