“Gilan”-nın və holdinqə daxil olan bir sıra şirkətlərin nizamnamə kapitallarının artırılması gözlənilir

14:10 | 13.06.2019
Azərbaycanda ən böyük şirkətlər qrupu sırasına daxil olan, iqtisadiyyatın müxtəlif sahələrində uğurla fəaliyyət göstərən "Gilan”-nın və holdinqə daxil olan bir sıra digər şirkətlərin nizamnamə kapitallarının artırılması planlaşdırılır.

Nizamnamə kapitalının artırılması 2019-cu ilin əvvəlində müəyyən olunmuş ümumi inkişaf strategiyasına uyğun olaraq həyata keçiriləcəkdir ki, bu da Holdinqin maliyyə dayanıqlığının təmin edilməsi və bazar mövqelərinin gücləndirilməsi ilə əlaqədardır.

Xatırladaq ki, 1987-ci ildən fəaliyyət göstərən "Gilan Holdinq”, qeyri-neft sektoru üzrə Azərbaycan iqtisadiyyatının inkişafı üçün iri miqyaslı layihələrə sərmayələr yatıran, həmçinin yerli məhsulların xarici bazarlarda tanınmasını və satışını təşkil edən aparıcı şirkətlər qrupundan biridir.



www.anews.az
loading...