Gimnastımız Qahirədə keçirilən Dünya Kubokunda qızıl medal qazanıb

19:43 | 29.04.2023
Gimnastımız Nikita Simonov Misirin Qahirə şəhərində keçirilən idman gimnastikası üzrə Dünya Kubokunda qızıl medal əldə edib.

Bu barədə Azərbaycan Gimnastika Federasiyasının mətbuat xidmətindən məlumat verilib.

Gimnastika üzrə Azərbaycan milli komandasının üzvü Nikita Simonov Dünya Kubokunda halqalar ilə hərəkətlərin icrasında birinci yeri tutub.

Qeyd edək ki, aprelin 27-30-da Qahirədə bədii gimnastika üzrə Dünya Kuboku keçirilir.

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb