Hazırda Ermənistanda girovluqda olan və dünən məhkəməsi keçirilən Şahbaz Quliyev və Dilqəm Əsgərovun dövlət tərəfindən təhkim olunan vəkilləri haqda məlumat var. ANN.Az “Qafqazinfo”-ya istinadən xəbər verir ki, kəlbəcərli girovların hər iki vəkili Azərbaycan əsilli ermənilərdir.Şahbaz Quliyevin vəkili Arkadi İsraelyan 25 may 1968-ci ildə Bakıda anadan olub. 1975-1988-ci illərdə Bakıda Xətai rayonu, Akademik İzzət Orucov küçəsində yerləşən 55 nömrəli məktəbdə oxuyub. 1993-1998-ci illərdə İrəvanda Polis Məktəbində təhsil alıb. Hazırda 46 yaşı var və İrəvanda yaşayır. Dilqəm Əsgərovun vəkili Erik Beqlaryan isə 18 fevral 1980-ci ildə Xankəndində anadan olub. Artsax Dövlət Universitetini bitirib. Hazırda İrəvanda yaşayır və 34 yaşı var.
ANN.Az
Bizi sosial şəbəkələrdə izləyin !