Ermənistan tərfindən girov götürülmüş həmvətənlərimiz Dilqəm Əsgərov və Şahbaz Quliyevin adından və ermənlər tərəfindən ölüdürülən Həsən Həsənovun yaxınlarının adından Avropa İnsan Haqları Məhkəməsinə müraciət edilib.
ANS TV-nin məlumatına görə, Vəkillər Kollegiyasının Rəyasət heyətinin üzvü, girovların hüquqlarının müdafiəçi Anar Bağırov işlə bağlı ədalətli qərar çıxarılacağına ümidilidir. Vəkil girovların işi bağlı Avropa məhkəməsinin ədalətli qərar verəcəyinə inanır.
Girovların adından qondarma rejim tərəfindən qurulan quruma məhkəmə qərarından Apellyasiya şikayəti verilməsi Azərbaycan tərəfinin Avropa məhkəsinə müraciətindən sonra, ermənilər tərəfindən edilən növbəti tamaşadır.
Girovların vəkili Anar Bağırov hal- hazırda məsələnin çox ciddi şəkildə izlənildiyini və məhkəmədən məlumat gözlədiklərini deyir. Aparılan araşdırma nəticəsində məlum olub ki, bir sıra dövlətlərə qarşı anoloji işlər üzrə Avropa İnsan Haqları Məhkəməsi tərəfindən müvafiq qərarlar qəbul edilmişdir. Vəkil hesab edirik ki, iş tam perspektivlidir və inanır ki, bu məsələdə Avropa Məhkəməsi ədalətli mövqe nümayiş etdirəcəkdir.
ANN.Az
Bizi sosial şəbəkələrdə izləyin !