Girovlarla bağlı açıqlama

18:02 | 24.10.2014
Girovlarla bağlı açıqlama

Girovlarla bağlı açıqlama

Dörd aydan çoxdur erməni girovluğunda olan azərbaycanlıların qondarma respublikada məhkəmə qarşısına çıxarılması Beynəlxalq Konvensiyalara ziddir.ANS TV-nin məlumatına görə, bunu baş nazirin müavini Əli Həsənov deyib. O BMT-nin Baş katibinə, Avropa Şurası sədrinə, ATƏT prezidentinə, İnsan Hüquqları Komissiyaları sədrinə və Beynəlxalq Qızıl Xaç komitəsinin sədrinə rəsmi müracəit göndərildiyini dedi. “Ancaq çox təəssüf ki həmişə olduğu kimi bizə qarşı bu biganəlik yenə də var. Görün bir həftə keçib hələ heç bir xəbər yoxdur. Ermənilər qondarma yolla ayın 27-də məhkəmə keçirirlər. Hansı ki 28-i bilirsiz ki, Paris görüşü gözlənilir. Bu da ermənilərin növbəti fitnəkarlığıdır”- deyə Əli Həsənov qeyd etdi. Qeyd edək ki, ermənilər Kəlbəcərdə doğmalarının məzarını ziyarət etməyə gedən Dilqəm Əsgərov və Şahbaz Quliyevi girov götürüblər. Həsən Həsənov isə girov götürülərkən öldürülüb. Erməni tərəfi isə onları əsassız olaraq diversant olmaqda ittiham edir. ANN.Az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM