"Futbolçularımı təbrik edirəm. Çox yaxşı komandaya qarşı oynadıq”.
Anews.az xəbər verir ki, bunu "Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov Konfrans Liqasının qrup mərhələsinin III turunda "Kayrat”la keçirilən oyun barədə danışarkən deyib:
Bu gün futbolçuların daha istəkli olduğunu gördüm. Möhtəşəm azarkeşlərə təşəkkür edirəm. Onların yanımızda olması futbolçulara güc verdi. Hər birinə təşəkkür edirəm”.
49 yaşlı mütəxəssis qrupdan çıxmaq şanslarını dəyərləndirib:
"Bizim qarşıdakı 3 oyundakı hədəfimiz 9 xaldır. İki səfər oyunumuz qalıb. Rəqiblər həddindən artıq ciddi yanaşacaqlar. Bu turnirdə və 3 xallıq sistemdə arxayınlaşmaq olmaz.
Rəqibin "Bazel”ə 2:4 hesabı ilə uduzması bizi aldatmalı deyil. Bakıda daha yaxşı oynadılar. Qrupdakı hər üç xal bizim üçün üstünlükdür. Qarşıdakı oyunlara ciddi yanaşmalı və inamımızı artırmalıyıq. Oyunçular daha peşəkar olmalıdırlar”.
"Oyunu adətən rəqib zonada qurmaq istəyirik. Hər halda futbolçularımız belə olanda daha tez böyüyürlər. Biz hücumda olanda da müdafiəni düzgün qurmalıyıq. Arxa xətdəki oyunçulardan çox şey asılıdır".
"Mən oyunçulara da deyirdim ki, öz oyunumuzdan əl çəkməyək. Müdafiə olunan komanda təzyiq çox olanda səhvlərə yol verir. Biz sonadək mübarizə aparmalıyıq. 3:0 öndə olsaq belə, tempi qorumalıyıq. Sonradan meydana çıxanlar da özlərini yaxşı tərəfdən göstərdilər. Əzmkarlıq hesabına qələbə qazandıq".
Mütəxəssis uzun müddətdir zədədən əziyyət çəkən müdafiəçi Bədavi Hüseynovun komandanın əsas futbolçularından biri olduğunu söyləyib:
Qurbanov hər oyunçunun qoluna sevindiyini vurğulayıb:
"Gizlətməyəcəyəm, Ramil Şeydayevin qoluna daha çox sevinirəm. Onun əzmkarlığı göz önündədir. Abbas Hüseynov isə bu qoldan sonra özünəinamı artıra bilər. Son vaxtlar futbolçulardan əzmkarlığı daha çox tələb edirəm.
www.anews.az
Bizi sosial şəbəkələrdə izləyin !