ANS PRESS-in məlumatına görə, bunu Türkiyənin keçmiş prezidenti Abdullah Gül "Financial Times" Türkiyə zirvəsinin qapanışı mərasimində deyib. O, qonşu ölkələrdə olanların Türkiyəni də yaxından maraqlandırdığını deyib.
"Təəssüf ki, Azərbaycan topraqlarının bir qismi hələ də işğal altındadır. Türkiyə-Ermənistan münasibətləri hamımıza bəllidir. Bütün bunlar Avropa ilə Asiya arasında bir qapı olması gərəkən Qafqazı bir divar halına salıb".
A.Gül bildirib ki, Qafqazda xroniki problemlər hələ də davam edir. "Qara dəniz sahilində olan ölkələr arasında hər zaman yaxşı iş birliyi olsun deyə çalışarkən birdən-birə Ukrayna böhranı, Krımın ihlaqı, Abxaziya, Osetiya məsələləri bu ərazini işbirliyi sahəsi olmaqdan uzaqlaşdırıb".
www.ann.az
Bizi sosial şəbəkələrdə izləyin !