Türkiyənin 11-ci prezidenti Abdullah Gül Çankaya köşkündən ayrıldıqdan sonra aktiv siyasi fəaliyyəti ilə yanaşı, akademik fəaliyyətini də davam etdirəcək. ANS PRESS-in məlumatına görə, Türkiyənin keçmiş prezidenti Abdullah Gül ötən gün Türkmənistanın milli dövlət günü münasibətilə prezident Qurbanqulu Bərdimuhamdova zəng edib. Bu barədə “Milliyet”in xəbərində deyilir. “Türk Oğuzdakı məscidin açılışını birlikdə reallaşdıraq. Həmçinin, Beynəlxalq Türkmən – Türk Universitetində də dərs keçin”, deyə Bərdimuhamdov danışıq zamanı Gülə təklif edib. Gül də onun bu təklifini xoş qarşıladığını bildirərək, önümüzdəki günlərdə Türkmənistana səfər edəcəyini prezidentin diqqətinə çatdırıb.
ANN.Az
Bizi sosial şəbəkələrdə izləyin !