Digər 26 polis isə hələ ki, həbsdədir
Türkiyədə dövlət rəsmilərinin telefon danışıqlarını dinləməkdə ittiham olunan 8 polis əməkdaşı azadlığa buraxılıb.
ANS PRESS-in məlumatına görə, sözügedən polis əməkdaşları bir müddət əvvəl İzmir vilayətində təhlükəsizlik qüvvələri tərəfindən saxlanılmışdı. Lakin onlarla yanaşı, həbs olunan digər 26 polis isə hələ ki, sərbəst buraxılmayıb.
Polis əməkdaşı Ramazan Mərd jurnalistlərə müsahibəsində, günahkar olmadığını bildirib. “Heç kimin yanında başımız aşağı deyil. Allahdan başqa heç kimə verəcək hesabım yoxdur” – deyə Mərd qeyd edib.
ANN.Az
Bizi sosial şəbəkələrdə izləyin !