Gülər Əhmədova 8 yaşlı oğluna şeir yazdı

09:13 | 25.12.2013
Gülər Əhmədova 8 yaşlı oğluna şeir yazdı

Gülər Əhmədova 8 yaşlı oğluna şeir yazdı

Həbsdə olan sabiq millət vəkili Gülər Əhmədova 8 yaşlı oğluna şeir yazıb. ANS PRESS-in məlumatına görə, bu barədə onun vəkili Əfsər Talıbov öz "Facebook" səhifəsində yazıb. O, şeirin 8 yaşlı Tamerlan üçün yeni il hədiyyəsi olduğunu qeyd edib. ANS PRESS sabiq deputatın oğluna yazdığı şeiri təqdim edir. Yeni il hədiyyəsi Bayram hədiyyəsi aldınmı oğlum?Yolkanı kiminlə bəzədin oğlum?Soyuq evimizdə gülə bildinmi,Süfrəni kim açdı bəs sənə oğlum?Novruz bayramında şam yandırmısan,"Hamınınkı sönüb, anamkı yanırMən hələ yatmıram" - demisən oğlum.3 Novruz bayramı gözləyəcəksənSonra gələcəyəm yanına oğlum.3 Yolka bəzəsin dayın, əmingil,Sən də ətrafında oynarsan oğlum.Sənin göndərdiyin bütün şəkillərMənim kameramın bəzəyi olub.Çoxdan görməmişəm, saçının ətriHər gecə burnuma dolur ay oğlumVəfalı, ağıllı, mehriban oğlum!!!ANN.Az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti