Gülər Əhmədova ilə bağlı qərar son iki gündə veriləcək

10:56 | 30.11.2013
Gülər Əhmədova ilə bağlı qərar son iki gündə veriləcək

Gülər Əhmədova ilə bağlı qərar son iki gündə veriləcək

Elşad Abdullayevin daha bir işçisi tutuldu, özü isə danışmamaqda israrlıdır.

Xəbər verdiyimiz kimi, sabiq deputat Gülər Əhmədovanın məhkəməsi dekabrın 2-də davam etdiriləcək. Prosedura görə, vəkilin çıxışından sonra növbə təqsirləndirilən şəxsindir. G.Əhmədovanın növbəti prosesdə ilginc açıqlamalar verəcəyi gözlənilir. Sabiq deputat bu günə qədər istintaqda baş verən özbaşınalıqları, eləcə də ABU-nun sabiq rektoru Elşad Abdullayevi, eləcə də onun işini aparan müstəntiq Emzar Qocayevi ifşa edəcək, onlar barəsində açıqlamalar verəcək.

Bu günlər ərzində isə ictimaiyyətdə G.Əhmədova barəsində veriləcək qərar ətrafında fikir mübadiləsi aparılır. "Yeni Müsavat"ın məlumatına görə, hüquqşünaslar hesab edir ki, hakim sabiq deputata prokurorun tələb etdiyi 4 ildən 1 il az olmaqla, 3 il iş verə bilər. Amma onun proses boyunca davranışları, habelə həbsi müddətində hakimiyyətə sadiqliyini nümayiş etdirən açıqlamaları azadlığa çıxma şanslarını artıra bilər. Belə ki, 2 il müddətinə şərti azadlıq hökmü barədə versiyalar da səslənir. Hazırda yuxarı instansiyalarda bu iki variant barədə müzakirələr aparılır. Dekabrın 2-ə qədər son qərar veriləcək. Əgər qərar verilməsə, G.Əhmədovanın növbəti prosesdə də səhhətindəki problemləri əsas gətirib çıxış etməyəcəyi gözləniləndir. Çünki sabiq deputat bundan artıq həbsdə qalmaq istəmir və bunun haqsızlıq olduğunu hər çıxışında bəyan edir.

Bu arada Azərbaycan Beynəlxalq Universitetinin (ABU) sabiq müəllimi həbs edilib. Bu barədə APA-ya Binəqədi Rayon Polis İdarəsindən bildirilib.

Məlumata görə, polis əməkdaşlarının həyata keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində Cinayət Məcəlləsinin 178-ci (dələduzluq) maddəsi ilə axtarışda olan, Göyçay rayon sakini, 1970-ci il təvəllüdlü Afaq Rafiq qızı İbrahimova tutularaq istintaqa təhvil verilib.

Polisdən həmçinin bildirilib ki, A.İbrahimova əvvəllər ABU-da çalışıb. Xeyli sayda vətəndaşa qarşı dələduzluq etməkdə təqsirləndirilən A. İbrahimovanın həbsinin ABU-nun sabiq rektoru Elşad Abdullayevlə bağlı olub-olmadığı məlum deyil.

E.Abdullayev isə uzun müddətdir ki, media ilə bütün əlaqələrini kəsib. Əməkdaşımız dəfələrlə onunla əlaqə saxlamağa cəhd göstərsə də, zənglərinə cavab verməyib. Amma sabiq rektor sosial şəbəkədə aktivdir. “Yeni Müsavat” ın “Elşad Abdullayev niyə susub” başlıqlı yazısından tutmuş, G.Əhmədova əleyhinə olan bütün yazılara qədər öz profilində paylaşan E.Abdullayev bununla da proseslərdən xəbərdar olması mesajını verir. Media ilə əlaqələrini kəsməsi, məhkəmə boyunca səs-küylü açıqlamalar, videolar verəcəyi ilə bağlı anonsları isə özünü doğrultmur.

ANN.Az

0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti