Gülər Əhmədova apellyasiya şikayətindən cavab gözləyir. Sabiq deputatın vəkili Əfsər Talıblı Modern.az-a bildirib ki, çıxarılan hökumdən şikayət verilsə də, hələ ki, məhkəməyə göndərilməyib.“Dekabrın 20-də apellyasiya şikayəti vermişik. Amma hələ ki, Bakı Ağır Çinayətlər Məhkəməsi şikayəti ünvanına –Apellyasiya Məhkəməsinə göndərməyib. Odur ki, cavab gözləyirik”.Bu arada Gülər Əhmədova həbsxanadan ölkə başçısının ad gününw də təbrik edib. Həmin müraciətdə G.Əhmədova dövlət başçısı İlham Əliyevi doğum günü münasibətilə təbrik edib. G.Əhmədova təbrik mətnində belə yazıb: “Cənab prezident, ad gününüzü təbrik edir, Sizə can sağlığı, doğma Azərbaycanımızın daha da çiçəklənməsi, xalqın rifahının yüksəldilməsi yolunda yorulmaz fəaliyyətinizdə nailiyyətlər arzulayıram . Məhz Sizin rəhbərliyiniz altında bu gün Azərbaycan dünyada öz adından söz etdirməyə nail olub və uğurlarımız getdikcə artmaqdadır. Sizə səmimi qəlbdən yeni uğurlar, Azərbaycan xalqına Sizin rəhbərliyiniz altında parlaq gələcək arzulayıram”.
ANN.Az
Bizi sosial şəbəkələrdə izləyin !