Gülər Əhmədovanın keçmiş vəkili təcridxanaya mobil telefon keçirmək istədi

16:42 | 19.11.2013
Gülər Əhmədovanın keçmiş vəkili təcridxanaya mobil telefon keçirmək istədi

Gülər Əhmədovanın keçmiş vəkili təcridxanaya mobil telefon keçirmək istədi

Penitensiar xidmətin və Bakı İstintaq təcridxanasının əməliyyat aparatları tərəfindən müəssisəyə qadağan edilmiş əşyaların keçirilməsi cəhdinin qarşısı alınıb.Penitensiar Xidmətin ictimaiyyətlə əlaqələr şöbəsindən APA-ya verilən məlumata görə, həyata keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Cinayət Məcəlləsinin 177.2.1; 177.2.2; 177.2.3; 177.2.4; 177.3.2; 181.2.2; 185.2.1; 228.4 və 326.2 maddələri ilə təqsirli bilinərək Nəsimi rayon məhkəməsinin qərarı ilə barəsində həbs qərarı çıxarılmış, hal-hazırda Bakı İstintaq təcridxanasında saxlanılan təqsirləndirilən şəxs Dadaşov Emil Rafail oğlunun hüquqlarını müdafiə edən Vəkillər Kollegiyasının 1 saylı hüquq məsləhətxanasının vəkili Mustafayev Raqif Həmid oğlu onunla görüşə gələrkən müəssisənin Nəzarət Buraxılış Məntəqəsində xidmət edən əməkdaşlar tərəfindən xəbərdar edilməsinə baxmayaraq, ona məxsus əl çantasından içərisində ”Sim” danışıq kartı olan 1 ədəd “Nokia” markalı mobil telefon aparatı aşkar edilərək götürülüb.Fakt üzrə araşdırma aparılır.  Raqif Mustafayev APA-ya açıqlamasında bildirib ki, həmin telefonu müstəntiqdən alıb: “İşi araşdıran müstəntiq mənimlə görüşəndə telefonu mənə verdi ki, təqsirləndirilən şəxsin ailəsinə çatdırım. Mən də telefonu alıb çantaya qoymuşam. Təcridxanaya gedəndə öz telefonumu maşında qoydum. Həmin telefon isə yadımdan çıxıb, çantada qalmışdı. Xarab, işləməyən telefondur”. Qeyd edək ki, R. Mustafayev hazırda həbsdə olan sabiq deputat Gülər Əhmədovanın vəkili olub. ANN.Az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM