Gülər Əhmədovanın səhhəti pisləşdi

16:09 | 05.12.2013
Gülər Əhmədovanın səhhəti pisləşdi

Gülər Əhmədovanın səhhəti pisləşdi

"Gülər Əhmədovanın səhhəti yaxşı deyil". Bunu ANS PRESS-ə açıqlamsında həbsdə olan Milli Məclisin sabiq deputatı Gülər Əhmədovanın vəkili Əfsər Talıbov söyləyib. Ə.Talıbov Gülər Əhmədovaya baş çəkdiyini və onun səhətində olan problemlərin yenidən baş qaldırdığını bildirib. Vəkil, sabiq millət vəkilinin başında və ürəyində olan ağrıların şiddətləndiyini vurğulayıb.Əfsər Talıbov həmçinin Gülər Əhmədova ilə bağlı məhkəmə hökmünü gözlədiklərini də qeyd edib. Onun sözlərinə görə, hökmü aldıqdan sonra, dərhal apelyasiya məhkəməsinə müraciət olunacaq. Xatırladaq ki, 3 dekabr tarixində Bakı Ağır Cinayətlər Məhkəməsində həbsdə olan sabiq deputat Gülər Əhmədovanın cinayət işi üzrə məhkəmə prosesi keçirilib və Gülər Əhmədovaya hökm oxunub. Hakimin qərarı ilə sabiq deputat 3 il müddətində azadlıqdan məhrum edilib. O, cəzasını ümumi rejimli çəzaçəkmə müəssisəsində çəkəcək.ANN.Az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb