Gülər Əhmədovanın vəkili: “Apellyasiya şikayəti verəcəyik”

17:10 | 12.12.2013
Gülər Əhmədovanın vəkili: “Apellyasiya şikayəti verəcəyik”

Gülər Əhmədovanın vəkili: “Apellyasiya şikayəti verəcəyik”

Vəkil Əfsər Talıbov həbsdə olan sabiq deputat Gülər Əhmədova ilə görüşüb.Bu barədə APA-ya məlumat verən Ə. Talıbov bildirib ki, G. Əhmədova ürək ağrılarından şikayətlənir: “Özünü yaxşı hiss etmir. Ürəyi ağrıyır”. Ə. Talıbov müvəkkili ilə onun  barəsində olan hökmdən apellyasiya şikayəti verilməsi məsələsini də müzakirə etdiklərini deyib: “Belə razılığa gəldik ki, hökmdən apellyasiya şikayəti verək. Gülər xanım da istəyir ki, apellyasiya şikayəti verilsin. Güman ki, gələn həftə ərzində apellyasiya şikayəti ilə məhkəməyə müraciət edəcəyik ”. Qeyd edək ki, G. Əhmədova Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 3 il müddətinə azadlıqdan məhrum edilib. Xatırladaq ki, fəaliyyəti dayandırılmış Azərbaycan Beynəlxalq Universitetinin sabiq rektoru Elşad Abdullayevin ötən ilin sentyabrında yaydığı qalmaqallı videodan sonra Gülər Əhmədova mandatından imtina edib. Fevralın 13-də isə G. Əhmədova barəsində həbs-qətimkan tədbiri seçilib. G. Əhmədova Cinayət Məcəlləsinin 178.3.2-ci (etibardan sui-istifadə etməklə özgənin külli miqdarda əmlakını ələ keçirmə) və 307.2-ci (qabaqcadan vəd etmədən ağır cinayəti gizlətmə) maddələri ilə təqsirləndirilir.ANN.Az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM