"Mənim günahım nədir? Hanısa bir şərəfsiz orada oturub istədiyini edir".
ANS PRESS-in verdiyi xəbərə görə bunu, adı Beynəlxalq Universitetin keçmiş rektoru Elşad Abdullayevlə pul qalmaqalında hallandırılan sabiq deputat Gülər Əhmədova məhkəmə prossesi zamanı söyləyib. Sabiq deputat G.Əhmədova E.Abdullayevin niyə 7 il müddətində deputatlığa görə ona müraciət etmədiyini soruşub: "1 milyon pul verən oğlan niyə 7 il oturub gözləyirdi?".
Gülər Əhmədova videoların köçürülmə olduğunu vurğulayıb. O, videoların kəsik və artikulyasiyasının pozuq olmasının ekspert rəyində göstərilmədiyini deyib: "O videoların başı da kəsikdir, ayağı da. Əslini gətirin baxaq".
Sabiq deputat həmçinin əsl videogörüntüdə nə olduğunu özünün və çəkilən şəxsin bildiyini deyib: "Əsil videoların içinə nə olduğunu bir mən bilirəm bir də o. Onun əsil videonu gətirmək üçün kişiliyi çatmaz".
Səs və görüntülərin ayrı-ayrı yazıldığını deyən Gülər Əhmədova artikulyasiyanın pozuq olduğunu bildirərək ekspert tələb edib:"Səs tonları yoxlanılmalıdır".
ANN.Az