Gülər Əhmədovaya 4 il həbs cəzası istənildi

16:26 | 18.11.2013
Gülər Əhmədovaya 4 il həbs cəzası istənildi

Gülər Əhmədovaya 4 il həbs cəzası istənildi

Dövlət ittihamçısı məhkəmədən sabiq deputat Gülər Əhmədovanın 4 il müddətinə azadlıqdan məhrum edilmə cəzası verilməsini istəyib. 

Bu barədə musavat.com-a bu gün sabiq deputatın məhkəməsində iştirak edən əməkdaşımız xəbər verib. 

Onun sözlərinə görə, dövlət ittihamçısı Eldar Həmzəyev günortadan sonra davam etdirilən məhkəmə iclasında çıxış edərək bildirib ki, G.Əhmədovanın günahı tam sübuta yetirilib və məhkəmə ona 4 il həbs cəzası kəsməlidir.

G.Əhmədovanın vəkili çıxışa hazırlaşmaq üçün məhkəmədən vaxt istəyib və onun vəsatəti təmin edilib.

Məhkəmə noyabr ayının 21-də davam etdiriləcək.

 

Xatırladaq ki, fəaliyyəti dayandırılmış Azərbaycan Beynəlxalq Universitetinin sabiq rektoru Elşad Abdullayevin ötən ilin sentyabrında yaydığı qalmaqallı videodan sonra Gülər Əhmədova mandatından imtina edib. Fevralın 13-də isə G. Əhmədova barəsində həbs-qətimkan tədbiri seçilib. Bundan sonra həmin müddət iki dəfə artırılıb.

 

G. Əhmədova Cinayət Məcəlləsinin 178.3.2-ci (etibardan sui-istifadə etməklə özgənin külli miqdarda əmlakını ələ keçirmə) və 307.1-ci (ağır və ya xüsusilə ağır cinayətin hazırlanmasını və ya törədilməsini bilərək həmin cinayət barədə xəbər verməmə ) maddələri ilə təqsirləndirilir.

ANN.Az

0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti