Bank bu mükafata innovativ layihələrinə, pandemiya dövründə yeni ehtiyacları nəzərə alaraq həyata keçirdiyi texnoloji həllərə, o cümlədən məsafədən xidmət imkanlarına görə layiq görülüb.
"Global Finance” bu ilin ən yaxşılarını müəyyənləşdirməkdən ötrü seçimi dünyanın 150-dən çox ölkəsinə aid banklar arasında aparıb. Jurnal ekspertlərinin fikrincə, ümumilikdə qlobal bank sistemi pandemiya səbəbindən yaranmış yeni vəziyyətə çevik reaksiya verib. Qlobal bank sistemi və onun bir hissəsi olan Azərbaycan Beynəlxalq Bankı minimal məhdudiyyətlərlə müştərilərə, biznesə fasiləsiz xidmətə davam edib.
Nəşrin müxtəlif regionlardan müəyyən etdiyi ən yaxşı banklar sırasında Azərbaycan Beynəlxalq Bankı ilə yanaşı, Commerzbank, CitiBank, Société Générale, AkBank, Sberbank, Barclays, J.P.Morgan, UniCredit, Raiffeisen Bank International, HSBC, Credit Suisse və digər banklar da var. Daha ətraflı məlumatlarla buradan tanış olmaq olar.
Müasir dövlət bankı olan "Azərbaycan Beynəlxalq Bankı"nın məhsul və xidmətləri barədə məlumatları bankın 37 filial və 39 şöbəsindən, www.ibar.az internet səhifəsindən, 937 nömrəli Məlumat Mərkəzindən, həmçinin rəsmi Facebook səhifəsindən əldə etmək olar.
www.anews.az
Bizi sosial şəbəkələrdə izləyin !