• $
  • €
  • ₽
  • ₺
  • £

“Global Finance” Kapital Bank-ı “Süni intellektin rəqəmsal transformasiyada ən yaxşı istifadəsi” mükafatına layiq görüb

“Global Finance” Kapital Bank-ı “Süni intellektin rəqəmsal transformasiyada ən yaxşı istifadəsi” mükafatına layiq görüb
19.04.2024 16:42
Dünyanın aparıcı maliyyə jurnallarından biri olan "Global Finance” 2024-cü il İnnovasiya mükafatları çərçivəsində Kapital Bank-ın süni intellekt innovasiyaları kateqoriyasında "Süni intellektin rəqəmsal transformasiyada ən yaxşı istifadəsi” (Best Use of AI in Digital Transformation ) mükafatına layiq görüldüyünü elan edib.

"Global Finance” jurnalının on birinci illik mükafatlandırma proqramında dünyanın maliyyə sahəsində innovativ həllər təqdim edən aparıcı şirkətləri dəyərləndirilib. Bu uğur regionun maliyyə sektorunda rəqəmsal transformasiyanı sürətləndirməkdə Kapital Bank-ın rolunu nümayiş etdirir. Mükafat eyni zamanda bankda ən son texnologiyaların tətbiqinin və süni intellektdən istifadədə tətbiq edilən innovasiyaların əhəmiyyətini vurğulayır.

Jurnalın redaktorlar şurası ilin qaliblərini banklar və digər provayderlərin təqdimatlarına, eləcə də sənaye analitikləri və texnologiya ekspertlərinin rəylərinə əsasən seçib. Qaliblərin qiymətləndirilməsi əməliyyatların həcmi, qlobal əhatə dairəsi, müştəri xidməti, rəqabət qabiliyyəti və innovativ texnologiyaların tətbiqi kimi meyarlara əsasən həyata keçirilib.

Qeyd edək ki, "Global Finance” jurnalı bu il və 2019-cu ildə Kapital Bank-ı "Ən Yaxşı Ticarət Maliyyəsi Təminatçısı” ("Best Trade Finance Providers”) adına da layiq görüb. Eyni zamanda 2018-ci ildə bank jurnalın Azərbaycanda "Ən Güvənli Bank” ("Safest Bank”)  mükafatını qazanıb.   

 Ölkənin birinci bankı olan Kapital Bank PAŞA Holding-ə daxildir və Azərbaycanda ən böyük filial şəbəkəsi, 117 filialı və 53 şöbəsi ilə müştərilərin xidmətindədir. Bankın məhsul və xidmətləri barədə daha ətraflı məlumat almaq üçün https://kapitalbank.az saytına, 196 Sorğu Mərkəzinə və ya Bankın müxtəlif sosial şəbəkələrdə olan səhifələrinə müraciət edə bilərsiniz. Nağd pul krediti sifarişi üçün— https://kbl.az/prgtk, Birbank kartı sifarişi üçün — https://kbl.az/prcrc.

www.anews.az
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Birbank Taksit kartı ilə noyabr alış-verişlərinə əlavə 5% bonus
İqtisadiyyat 15:47
Birbank Taksit kartı ilə noyabr alış-verişlərinə əlavə 5% bonus
"Azəralüminium"un xalis mənfəəti 2 %-dən çox azalıb
İqtisadiyyat 15:25
"Azəralüminium"un xalis mənfəəti 2 %-dən çox azalıb
Azərbaycan əhalisinin gəlirləri artıb
İqtisadiyyat 11:50
Azərbaycan əhalisinin gəlirləri artıb
Azərbaycanda iqtisadi artım 2%-ə yaxınlaşıb
İqtisadiyyat 11:20
Azərbaycanda iqtisadi artım 2%-ə yaxınlaşıb
2026-cı ilin ikinci rübündə Azərbaycanda 570 mindən çox video silinib
İqtisadiyyat 10:49
2026-cı ilin ikinci rübündə Azərbaycanda 570 mindən çox video silinib
ING Azərbaycanın inflyasiya proqnozunu açıqlayıb
İqtisadiyyat 10:08
ING Azərbaycanın inflyasiya proqnozunu açıqlayıb
Qızıl və gümüş bahalaşıb
İqtisadiyyat 09:50
Qızıl və gümüş bahalaşıb
Azərbaycan neftinin qiyməti açıqlanıb
İqtisadiyyat 09:34
Azərbaycan neftinin qiyməti açıqlanıb
Dünya bazarlarında neft bahalaşıb
İqtisadiyyat 09:23
Dünya bazarlarında neft bahalaşıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol