Google axtarış sistemi Gmail-dən məktubları çeşidləməklə fərqlənən yeni İnbox poçt xidmətini təqdim edib.
Xidmət avtomatik şəkildə oxşar məzmuna malik olan məktubları bir kateqoriyaya yığacaq, misal üçün, bütün çeklər və bank çıxarışları bir kateqoriyada toplanacaq.
Əlavə xidmət istifadəçinin hansı məktubları müəyyən qrupa göndərdiyini yadda saxlayır və sonra bunu avtomatik şəkildə icra edir. Inbox həmçinin daxil olan məktubları və yaddaş dəftərçəsini sonraya saxlayır.
Inbox-da ən vacib məlumatlar üçün xüsusi bloklar var, misal üçün, təyyarəyə və ya tədbirlərə bilet.
Bu bloklarda yalnız məktubun məzmunu haqda məlumat deyil, həmçinin internetdən təxsis edilmiş tədbir və s. haqda əlavə məlumat təsvir olunacaq.
Xidmətdə həmçinin köçürmə funksiyası da olacaq, bu funksiya istifadəçinin məktublarına tələb olunan məlumatları təqdim edir. Misal üçün, Kompüter dükanına zəng etmək xatırlatması mövcuddursa, Inbox dükanın telefon nömrəsini və iş vaxtını göstərir.
İstifadəçi restoranda masa sifariş edibsə, sifarişin təsdiqlənməsi ilə yanaşı, o, restorana gəlmək üçün marşrut xəritəsi də təqdim olunacaq.
Hazırda xidmətə yalnız dəvətnamə ilə qoşulmaq olar, onu da