“Gmail”də mühüm yenilik

21:04 | 06.08.2014
“Gmail”də mühüm yenilik

“Gmail”də mühüm yenilik

“Google” şirkəti öz poçt xidmətinin qloballaşdırılması istiqamətində addımlar atıb.

“ICTnews” xəbər xidmətinin “Biipi.Ru” saytına istinadən verdiyi məlumata əsasən, artıq “Gmail” latın simvolları ilə yanaşı, heroqlifləri və vurğu işarəli sözləri də dəstəkləyəcək.Bunun üçün şirkət 2012-ci ildə “Internet Engineering Task Force” tərəfindən yaradılmış elektron standartın tətbiqinə başlayıb. “Google”da bildiriblər ki, şirkətin əməkdaşları gələcəkdə yeni standartın digər elektron poçt xidmətləri göstərən şirkətlərində yayılmasına kömək edəcəklər. Hazırda  “Gmail” yapon hiraqanusu və katakanusu daxil olmaqla bütün heroqlifləri tanımağa başlayıb.ANN.Az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM