Türkiyə mətbuatı İstanbul təyyarəsi ilə Qarsda eniş edən Naxçıvan Sədərək Keçid Gömrük Məntəqəsinin rəisi Mirməhəmməd Seyidovun saxlanması ilə bağlı bəzi təfərrüatları açıqlayıb. “Qafqazinfo” “Taraf” qəzetinə istinadən xəbər verir ki, Naxçıvana açılan Dilucu Sərhəd qapısında başlanan rüşvət və qaçaqmalçılıq əməliyyatı çərçivəsində saxlanılan Mirməhəmməd Seyidov 18 şübhəli arasında olub. Aralarında gömrük rəisi olmaqla həmin şəxslərdən 9-unun həbs olunduğu bildirirlir. Gömrük rəisinin həbs edildiyi əməliyyatda 280 polis iştirak edib. Əməliyyat zamanı saxlanılanlar arasında biri qadın olmaqla Naxçıvan Sədərək Keçid Gömrük Məntəqəsinin yeddi işçisi və10 transfer firma sahibi də olub. Qrup şəklində ədliyəyə göndərilən şübhəlilərdən ilk gün Gömrük İdarəsində çalışan S.K., C.Y və transfer firması sahibi K.G., M.E.G, ardınca növbəti gün gömrük rəisi Seyidov ilə M.Ö., A.E., B.G., və H.Ö. həbs edilərək cəzaçəkmə müəssisəsinə göndərilib. Qadın gömrük məmuru A.U ilə birlikdə digər iki şəxs isə sərbəst buraxılıb.
ANN.Az
Bizi sosial şəbəkələrdə izləyin !